37 il əvvəl yoxa çıxan alpinistin cəsədi buzlaqlar əriyincə üzə çıxdı
1986-cı ildə İsveçrənin Matterhorn dağı yaxınlığındakı buzlaqda gəzinti zamanı yoxa çıxan alman alpinistinin cəsədi buzlaqlar əridikdən sonra tapılıb. Yoxa çıxan alman alpinistinin cəsədi Zermattdakı Teodul buzlaqında ziyarətçilər tərəfindən tapılıb. Donmuş cəsədin buzlaqların əriməsi ilə üzə çıxdığı açıqlanıb. Polisdən verilən açıqlamada, "DNT analizi 1986-cı ildən itkin düşmüş bir alpinistin şəxsiyyətini müəyyən etməyə imkan verib. Bu cəsədin 1986-cı ilin sentyabrında yoxa çıxan 38 yaşlı alman alpinistinə aid olduğu bildirilib. Polis hələlik alman alpinistin kimliyi və ölüm səbəbini açıqlamayıb.
Digər tərəfdən, 2015-ci ildə Matterhorn dağında 1970-ci ildə qar fırtınası zamanı itən iki gənc yapon alpinistinin qalıqları da tapılıb və alpinistlərin şəxsiyyətləri DNT testi ilə təsdiqlənib.
Xatırladaq ki, keçən il İsveçrə buzlaqları öz həcminin 6 faizini itirib və bu hal əsrin ən pis buzlaq əriməsi kimi qeydə alınıb.
Murad Şahməmməd