«Sükan problemi» səbəbiylə 280 min yeni Tesla avtomobili üçün araşdırma başladıldı
ABŞ Milli Avtomobil Yolları Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) yeni Tesla Model 3 və Model Y avtomobilləri ilə bağlı sükan idarəetməsi və elektrik sükanının itirilməsi səbəbindən araşdırmaya başlayıb.
NHTSA, 2023 Tesla Model 3 və Model Y avtomobillərinin sahiblərindən gələn 12 şikayətdən sonra ilkin qiymətləndirmə aparıb və araşdırmaya başlayıb.
May ayında Model 3 sürücüsü "avtomobilin sükanı ilişib, nəticədə o, yoldan sürüşərək ağaca çırpılıb" deyə məlumat vermişdi.
Qəzalarda xəsarət alan olmasa da, mövzu ilə bağlı araşdırmanın ən qısa zamanda tamamlanacağı bildirilib.
Murad Şahməmməd
Digər xəbərlər














.jpg)
.jpg)
.jpg)
































































