Rusiyanın Ukraynada hərbi cinayətləri davam edir

Rusiyanın Ukraynada hərbi cinayətləri davam edir

10 Avqust 2023 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hərbçiləri Zaporojye şəhərini atəşə tutub, iki nəfər həlak olub.

Oxuməni.az xəbər verir ki, bunu Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev bildirib.

"Düşmən Zaporojyenin yaşayış məhəlləsinə hücum edib. Təəssüf ki, ilkin məlumata görə, iki nəfər həlak olub, yaralılar var", - deyə Kurtev bəyan edib.

Şəhərə ruslar tərəfindən zərbələr endirilməsi ilə bağlı məlumatı Zaporijjya Vilayət Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko da təsdiqləyib: "İndi mən hadisə yerinə gedirəm. Mülki infrastruktur obyektinin vurulması barədə ilkin məlumat var", - deyə o teleqramında yazıb.

Əziz Baş Göynüklü