Almaniya hər kəsə ikili vətəndaşlığa icazə verən qanun layihəsini təsdiqləyib

Almaniya hər kəsə ikili vətəndaşlığa icazə verən qanun layihəsini təsdiqləyib

24 Avqust 2023 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada Nazirlər Şurası hər kəsə ikili vətəndaşlığa icazə verən və Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini təsdiqləyib. Nazirlər Şurasının təsdiq etdiyi qanun layihəsinə görə, Almaniya vətəndaşlığına qəbul üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə, bəzi xüsusi hallarda isə bu müddət 3 ilə endirilə bilər. Almaniya Bolqarıstan və Rumıniyanın Şengen üzvlüyünü ratifikasiya etməyə hazırdır. Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı layihə ilə daha əvvəl məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ hər kəsə şamil ediləcək.

Qanun layihəsi Bundestaqdan keçərsə, əcnəbilərin Almaniya vətəndaşlığına qəbulu şərtləri də yüngülləşdiriləcək. Müvafiq olaraq, vətəndaşlığa qəbul üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək. Almaniyada öz sahəsində və ya təhsilində müvəffəqiyyətli olmaq, könüllü iş görmək kimi həyat şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər. Almaniyanın liberal cəmiyyət dəyərlərinin və qanunlarının qəbulu, sosial müavinətlər olmadan özünü və ailəsini dolandırmaq Almaniya vətəndaşlığını almaq üçün əsas şərtlərdəndir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Almaniyada 12 milyondan çox insanın xarici vətəndaşlığı var. Onların təxminən 5,3 milyonu ölkədə ən azı 10 il yaşayıb.

Murad Şahməmməd