Şimali Koreya və Rusiya böyük silah müqaviləsi hazırlayır
Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə günü keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar Rusiya və Şimali Koreyanın silah müqavilələri üzrə fəal danışıqlar aparmasından narahatdır.
Kirbi bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda Şimali Koreyaya səfər edərkən Pxenyanı Rusiyaya artilleriya sursatları satmağa razı salmağa çalışıb və Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In ikitərəfli əməkdaşlığın genişləndirilməsi lehinə məktub mübadiləsi aparıblar.
Kirbi deyib ki, ABŞ-da Şoyqunun səfərindən sonra başqa bir qrup Rusiya rəsmisinin Pxenyana getdiyinə dair kəşfiyyat məlumatı var.
Kirbinin sözlərinə görə, bu sövdələşmələr çərçivəsində Rusiya Ukraynaya qarşı müharibədə istifadə etməyi planlaşdırdığı silahları alacaq. Sövdələşmələrə Rusiyanın müdafiə sənayesi bazasına kömək edəcək xammal da daxil ola bilər.
“Biz KXDR-i Rusiya ilə silah danışıqlarını dayandırmağa və Pxenyanın Rusiyaya silah tədarük etməmək və ya satmamaq barədə ictimai öhdəliyinə əməl etməyə çağırırıq”, - deyə Kirbi bildirib.
Əziz Baş Göynüklü














.jpg)
.jpg)
.jpg)
































































