Sofiyada Sovet ordusunun abidəsini sökməyə başlayıblar
Bolqarıstan Milli Televiziyası (BNT) xəbər verir ki, Sofiyada sovet ordusuna abidəni sökən işçilər heykəltəraşlıq qrupunun ən yüksək hissəsini dağıdıblar.
Sofiya vilayətinin administrasiyasının rəhbəri Vyara Todeva bir neçə gün əvvəl abidənin yararsız vəziyyətə düşdüyünə görə sökülməsi barədə sərəncam verib.
BNT-nin dərc etdiyi fotoşəkillərdən də göründüyü kimi, tikinti kranı axşam saatlarında işə başlayıb. .
Abidənin sökülməsi Bolqarıstan Sosialist Partiyasının (BSP) təşkil etdiyi etiraz aksiyaları fonunda baş verir. BSP parlament fraksiyasının sədr müavini Georgi Svilenski abidənin ətrafındakı hasardan keçmək istəyərkən xəsarət alıb.
Oxuməni.az
Digər xəbərlər