Belqorodda və Bryanskda 4 nəfər xəsarət alıb, bir nəfər ölüb

Belqorodda və Bryanskda 4 nəfər xəsarət alıb, bir nəfər ölüb

30 Dekabr 2023 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov atəş nəticəsində xəsarət alanlarla bağlı məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə, 4 nəfər xəsarət alıb, bir nəfər ölüb.

“Mərminin birinin fərdi yaşayış binasına birbaşa dəyməsi nəticəsində bir nəfər həlak olub. Dörd nəfər yaralanıb”, - qubernator teleqram kanalında bildirib.

Onun sözlərinə görə, həlak olan 4 nəfərdən biri 10 yaşlı uşaqdır: “Bütün zərərçəkənlər Belqorod Regional Klinik Xəstəxanasına və Uşaq Regional Xəstəxanasına aparılıb”.

Qubernator əlavə edib ki, Belqorodda su təchizatı sistemləri zədələnib, 10 fərdi yaşayış evində dağıntılar qeydə alınıb, pəncərələr sındırılıb, evlərdən biri qismən dağılıb.

Eyni zamanda, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Bryansk səmasında altı pilotsuz təyyarənin vurulduğunu bildirib: “Bryansk şəhəri üzərində elektron döyüş bölmələri təyyarə tipli pilotsuz uçan aparatı məhv ediblər. Dağıntı və xəsarət alan olmayıb”.

Bu, artıq bir saat ərzində Bryansk üzərində vurulan altıncı Ukrayna pilotsuz təyyarəsidir.

Oxuməni.az