Jurnalist Kiselev Rusiyada “terrorçu və ekstremist” elan edilib
Rusiyalı jurnalist Yevgeni Kiselev Rusiya Federasiyasında Rosfinmonitorinqin “terrorçular və ekstremistlər siyahısı”na daxil edilib. Bu barədə Mediazona yazır.
Nəşr qeyd edir ki, jurnalistin adında ulduz işarəsi var: bu, ona qarşı “terrorçu” maddələrdən biri ilə cinayət işinin açıldığını göstərir.
Yevgeni Kiselev jurnalist, politoloq, NTV televiziya şirkətinin yaradıcılarından biridir və 2008-ci ildən Ukrayna televiziyasında aparıcıdır.
Kiselev Rusiyanın Ukraynaya təcavüzünü pisləyib. 2022-ci ilin aprelində Kiselev “xarici agent” funksiyasını yerinə yetirən şəxslərin siyahısına daxil edilib. Siyahıya salınmasına səbəb Ukraynadan alınan pul olub. 2022-ci ilin iyulunda Rusiya Daxili İşlər Nazirliyi Kiselevi axtarışa verib. Departamentin məlumat bazasında jurnalistin Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verildiyi qeyd edilsə də, hansı maddəsi ilə bağlı məlumat verilmir.
Oxuməni.az