Rumıniya Cənubi Koreyadan 920 milyon avro dəyərində hərbi texnika alacaq

Rumıniya Cənubi Koreyadan 920 milyon avro dəyərində hərbi texnika alacaq

10 İyul 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya Rumıniya ilə 920 milyon avro dəyərində hərbi texnikanın satışına dair müqavilə bağlayıb, Bu barədə Yonhap-ın yaydığı məlumatda deyilir.

Müqavilənin bir hissəsi olaraq Seul Buxarestə 54 K-9 özüyeriyən haubitsa və sursat daşımaq üçün nəzərdə tutulmuş 36 K-10 zirehli texnikası tədarük edəcək. Bu, Rumıniyanın son yeddi ildə bağladığı ən böyük silah müqaviləsidir.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, sazişin icrasına 2027-ci ildə başlanacaq.

Tərəflər sazişi Cənubi Koreya prezidenti Yoon Seokun rumıniyalı həmkarı Klaus İohannis ilə görüşündən üç ay sonra imzalayıblar. Onlar həmçinin müdafiə və nüvə enerjisi sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Oxuməni.az