Çin Rusiyaya silah satmadığını israrla bəyan edir
Vaşinqtonda NATO sammitində hazırlanan və Pekini Rusiyanın Ukraynada döyüşlərini davam etdirməsi üçün “həlledici amil” adlandıran və Çinin Avropa təhlükəsizliyinə təhdidlərindən bəhs edən kommünike layihəsinə Çin qəzəblə reaksiya verib. Bu barədə Sky News yazır.
“Bu bəyanatlar bu səhər Çinin qəzəbli cavabına səbəb oldu. Çinin Avropa İttifaqındakı missiyasının sözçüsü bildirib ki, NATO-nun Vaşinqtonda keçirilən sammiti bəyannaməsi "müharibə xarakterli ritorika" ilə doludur və onun Çinlə bağlı məzmununda təxribatlar, "yalan, təhrik və böhtan" var.
Bundan əvvəl Çinin ABŞ-dakı səfirliyi ÇXR-in Ukrayna münaqişəsindəki rolundan danışıb. Diplomatik departamentin şərhində bildirilir ki, Çin Ukraynadakı böhranın təşəbbüskarı və ya tərəfdaşı deyil. Həmçinin qeyd olunur ki, Pekin sülhün bərqərar olması naminə danışıqların aparılmasına yardım etmək öhdəliyinə sadiqdir. ÇXR münaqişə tərəflərinə silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.
Bundan əvvəl Çin NATO-nu soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırıb.
Oxuməni.az