Ukraynaya JAS 39 Gripen qırıcılarının verilməsi təxirə salınıb
İsveç Kiyevlə razılaşaraq F-16 təchizatı proqramı qüvvədə olduğu müddətdə Ukraynaya JAS 39 Gripen qırıcıları tədarük etməyəcək.
Bunu ölkənin xarici işlər naziri Tobias Billström Amerikanın Səsi radio şirkətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu qərar ona görə verilib ki, Ukrayna eyni anda iki hava qırıcı sistemindən - həm F-16, həm də Gripen-dən istifadənin həddən artıq çox olması qənaətinə gəlib.
Nazir qeyd edib ki, tərəflər arasında əldə edilən razılıq müvəqqəti xarakter daşıyır. Tobias Billström deyib ki, “F-16 təchizat proqramları tamamlandıqdan sonra” İsveç Ukraynanı Gripen qırıcıları ilə təchiz etməyə başlayacaq.
Oxuməni.az
Digər xəbərlər