Ukraynaya məxsus PUA-lar neft bazasına hücum ediblər
Rostov vilayətinin Tsimlyanski rayonundakı neft bazasında yanğın Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində baş verib.
Bu barədə vilayətin qubernatoru Vasili Qolubev özünün Telegram kanalında məlumat verib.
“Saat 04:00 radələrində PUA-nın hücumu nəticəsində Tsimlyanski rayonundakı neft bazasında yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər işləyir. Yanğının söndürülməsinə 49 nəfər və 14 texnika cəlb olunub”, - Qolubev yazır.
Qubernator əlavə edib ki, İHA-nın neft bazasına hücumu nəticəsində xəsarət alan olmayıb. Tsimlyanski rayonu Rostov vilayətinin şərq hissəsində, eyni adlı Tsimlyansk su anbarının sahilində yerləşir.
Ötən gecə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, pilotsuz uçuş aparatları (PUA) bölgənin 4 yaşayış məntəqəsinə hücum edib.
Bundan əvvəl hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.
Oxuməni.az