Litvada Bundesver briqadasının yerləşdirilməsi 800 milyon avroya başa gələcək
Litvanın 2026-cı ildə ölkədə daimi yerləşəcək Bundesver briqadasını qəbul etməyə hazırlaşmağa vaxtı olacaq. TASS xəbər verir ki, bu barədə respublika prezidentinin müşaviri Asta Skysgiryte bildirib.
“Mən Litvanın 2026-cı ildə Bundesver briqadasını qəbul edib yerləşdirməyə hazır olacağına əminəm”,-deyə o bəyan edib.
Onun sözlərinə görə, briqadanın yerləşdirilməsi üçün infrastrukturun tikintisinin gecikdirilməsi ilə bağlı şayiələr müttəfiqlərin Litvada olmasının əleyhdarları tərəfindən yayılır.
Bundan əvvəl isə Litvanın müdafiə naziri Laurinas Kasciunas bildirmişdi ki, Vilnüs əvvəlcədən planlaşdırıldığı kimi 2027-ci ilə qədər alman ordusunun əsgərlərinin yerləşdirilməsi üçün infrastrukturun tikintisini başa çatdırmağa vaxt tapmayacaq.
O əlavə edib ki, briqadanın yekun yeridilməsi 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində baş tuta bilər və yerləşdirmə Vilnüsə 800 milyon avroya başa gələcək.
Oxuməni.az