HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı qətldə ittiham edilir
ABŞ HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı və digər yüksək vəzifəli Fələstin xadimlərini 2023-cü il oktyabrın 7-də İsrailə sızma zamanı Amerika vətəndaşlarını öldürməkdə ittiham edib. Bu barədə Reuters xəbər verir.
Təqsirləndirilənlər arasında HƏMAS-ın Xarici Ölkələrlə Əlaqələr üzrə Milli Bürosunun rəhbəri Əli Barakə, HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl, hərəkatın hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadaları qrupunun komandir müavini Mərvan İsa da var.
Onlar terrorizm, ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd və ölümlə nəticələnən kütləvi qırğın silahlarından istifadə etmək üçün sui-qəsd də daxil olmaqla yeddi maddə ilə ittiham olunurlar.
Oxuməni.az
Digər xəbərlər