Romada qədim Konstantin tağı ildırım vurması nəticəsində zədələnib
Romada Kolizeyin yanında yerləşən Konstantin tağı şiddətli fırtına nəticəsində zədələnib. Colosseum Arxeoloji Parkı Reuters agentliyinə qədim Roma tağının ildırım vurduğunu təsdiqləyib.
Sentyabrın 3-də Roma fırtına və güclü yağışa məruz qaldı. İtaliyanın Adnkronos agentliyi bir neçə saat ərzində bir aylıq yağıntının düşdüyünü və küləyin sürətinin 90 km/saata çatdığını bildirib. Agentlik su basmış küçələrin və yıxılan ağacların fotolarını dərc edib.
Konstantin tağını ildırım vurduqda, böyük bir daş blok uçdu və yerə düşdü. “Bütün fraqmentlər oradan çıxarıldı və qorundu. Artıq zərərin qiymətləndirilməsinə başlanılıb və analizlər sabah səhər davam edəcək”, - Kolizey Parkından Reuters-ə bildiriblər.
Onlar aydınlaşdırıblar ki, bir neçə gün əvvəl memarlıq abidələrinin konservasiyası üzrə mütəxəssislər tağ üzərində işə başlayıblar. İndi onların qüvvələri dəymiş ziyanı aradan qaldırmağa yönəldiləcək.
Oxuməni.az