Mette Frederiksen: Rusiyanın Çinin hərbi köməyi olmadan 2,5 il müharibə aparmasına inanmıram
Çinin hərbi köməyi olmadan Rusiya Ukraynaya qarşı belə müharibə apara bilməzdi. Bundan əlavə Rusiya Federasiyasının Şimali Koreya və İranla da sıx hərbi əlaqələri var.
Bunu Danimarkanın baş naziri Mette Frederiksen Ukrayna-Şimali Avropa sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Danimarka hökumətinin başçısı qeyd edib ki, Rusiya, Şimali Koreya və İran arasında sıx münasibətlər qlobal təhlükəsizlik baxımından dərin narahatlıq doğurur.
Oxuməni.az
Digər xəbərlər