Abxaziyada növbədənkənar prezident seçkiləri fevralın 15-də keçiriləcək
Qondarma Abxaziya parlamentinin deputatları 2025-ci il fevralın 15-nə respublika prezidentinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında qərar qəbul ediblər, "Kommersant" yazır.
Separatçı Abxaziya qanunlarına görə, prezident istefa verdiyi gündən üç ay ərzində seçkilər keçirilməlidir. Aslan Bjaniya vəzifəsini noyabrın 19-da tərk edib, səsvermə üçün son tarix fevralın 19-da olub.
“İki həftə ərzində biz prezidentin istefasından sonra seçkilərin tarixini təyin etməli olduq. Biz bütün tərəfləri, bütün müsbət və mənfi cəhətləri dinlədik və onları fevralın 15-nə, şənbə gününə təyin etmək qərarına gəldik”, - deputat Daut Xutaba parlamentin iclasında bildirib.
Aslan Bjaniyanın istefası hökumətin Rusiya ilə investisiya sazişini ratifikasiya etmək planlarına olan etirazların nəticəsi idi.
Oxuməni.az