
Bayden seçki yarışından çəkildiyini elan etdikdən sonra neft bahalaşıb
ABŞ prezidenti Co Baydenin seçki kampaniyasının başa çatdığını elan etməsindən sonra dünya bazarında neftin qiyməti 0,3-0,4% bahalaşır. Bu barədə RİA Novosti ticarət məlumatlarına istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Moskva vaxtı ilə saat 1:22-də Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,28% artaraq 82,86 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçersləri 0,43% artaraq 78,94 dollara çatıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ABŞ seçkilərinə və onların daxili işlərinə qarışmır, amerikalılara öz problemlərini təkbaşına həll etmək hüququ verir.
Ağ Evin mətbuat katibi Endryu Beys bildirib ki, ABŞ prezidenti Co Bayden seçki yarışından çıxdığını elan etdikdən sonra vaxtından əvvəl istefa vermək niyyətində deyil.
İyulun 21-də Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqladı. O qeyd edib ki, Prezident kimi öz səlahiyyətlərini sona qədər yerinə yetirməyə diqqət yetirsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı.
Oxuməni.az