Hüseynqulu Bağırov vətəndaşları qəbul edəcək

Hüseynqulu Bağırov vətəndaşları qəbul edəcək

3 Mart 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Nazir İmişli, Saatlı, Sabirabad və Beyləqan sakinləri ilə görüşəcək

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov mart ayının 14-də İmişli şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir14 mart 2014-cü il tarixində saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri 20 yanvar küçəsi) İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"i, həmçinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: İmişli şəhəri 20 yanvar küçəsi-11, əlaqə telefonları: 050 463 39 91; 050 677 27 00; 021 24 6 60 52) xahiş olunur.