Sabah Lənkərana və Ucara 7 saat qaz verilməyəcək
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir-tikinti işləri ilə əlaqədar martın 30-da saat 10:00-dan 17:00-dək "Lənkəran" və "Xarxatan", 10:00-dan 18:00-dək isə "Ucar" qazpaylayıcı stansiyalarından təbii qazın nəqli dayandırılacaq. İşlər aparılan müddətdə Lənkəran şəhəri və Liman qəsəbəsi daxil olmaqla, rayonun Şağlasel, Şiləvar, Xarxatan, Digah, Vilvan, Separadi və Cil kəndlərinə, eləcə də Ucar rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
O.M.
Digər xəbərlər