Elmin İnkişafı Fondu müəllif hüquqlarını ciddi qoruyur

Elmin İnkişafı Fondu müəllif hüquqlarını ciddi qoruyur

26 Aprel 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında bildirib ki, indiyədək Fond 3 plagiat işi ifşa edib: "Fonda təqdim edilən layihələrlə bağlı müəllif hüquqlarını tamamilə qoruyuruq. Hansısa mübahisəli məsələ çıxarsa, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıq".

İcraçı direktor Fondun çox güclü elektron məlumat bazasının yaradıldığını vurğulayıb: "Baza zənginləşdikcə biz daha yaxşı izləyə bilirik ki, hansı layihə bizdən başqa hansısa fonda təqdim edilib, yaxud işlənmiş mövzulardır. Biz belə layihələri dərhal müsabiqədən uzaqlaşdırırıq".

O.M.