Şir bürcü altında doğulan kişi, həmin bürcün qadını ilə necə anlaşır?

Şir bürcü altında doğulan kişi, həmin bürcün qadını ilə necə anlaşır?

6 Aprel 2023 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Astroloqlar hesab edir ki, Şir bürcü altında doğulan kişi və həmin bürc altında doğulan qadın lider olmaq və idarə etmək istəyən bürclərdir. Ona görə də birlikdə olmaq istəyirlərsə, iti tərəflərini tövsiyyə edib eqolarından əl çəkməlidirlər.

Şir bürcü kişisi və qadını sənəti sevdiyi üçün intellektual münasibət yarana bilər. Şirlər üçün eşqdə ən vacib şey ehtiraslı olduğlarından, alovlu və ehtiraslı bir sevgi yaşamaq istəyirlər. Ehtiraslarını itirsələr, münasibətdən uzaqlaşa bilərlər.

Şir bürcü kişisi Şir qadını ilə necə anlaşır?

Ehtiraslı münasibət yaşayan Şir qadını və Şir kişisi qarşıdakı insandan diqqət gözlədikləri üçün sevgilərini göstərmirlər. Onlar daha çox diqqət istəyən tərəf olduqları üçün hər iki tərəf bir-birindən diqqət gözləyə bilər və bu da mənfiliyə səbəb olur. Sevgilərini sıx yaşasalar da, sevgi göstərməkdən daha çox sevgi görmək istəyirlər.

Onlar dominant xarakter olduqları üçün zaman-zaman problemlər yaşaya bilərlər. Əgər gözəl bir sevgi yaşamaq istəyirlərsə, bunu rahat qəbul etməyi və susmağı öyrənməlidirlər. Əks halda Şir bürcü qadını ilə Şir kişisi davamlı olaraq ziddiyyət təşkil edə və bu da münasibətlərin bitməsinə səbəb ola bilər.

Şir bürcünün kişi xüsusiyyətləri hansılardır?

Şir bürcü olan kişiləri romantik və ehtiraslı sevgililər kimi təsvir etmək olar. Sevgilərini hər mühitdə açıq şəkildə ifadə edə bilən Şir kişiləri, cinsi baxımdan onları razı sala biləcək tərəfdaş axtarırlar. Rəhbərlik etməyi və idarə etməyi sevən Şir bürcü, ictimai həyatında bir az çətin olsa da, özünə uyğun dost seçə bilər.

Uğursuzluq və rədd edilmək ən çox qorxduqları şeylər arasındadır . Buna görə də çox çalışırlar və hər kəs tərəfindən təqdir olunmaq istəyirlər. Əmr almaq istəməyən Şirlər yalnız əmr vermək və kiməsə hakim olmaq istəyirlər. Üzərinə məsuliyyət götürməyi sevən Şir bürcü, həm karyerasında, həm də münasibətlərində çox məsuliyyətili olur.

Murad Şahməmmədov