Cinsi yolla çoxalan ilk canlı - FOTO

Cinsi yolla çoxalan ilk canlı - FOTO

20 Oktyabr 2014 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Elm adamları ilk dəfə cinsi əlaqəyə girən canlını tapdıqlarını iddia edirlər. Mediainfo.az BBC-yə istinadən xəbər verir ki, cinsi əlaqə ilə artmağa keçən ilk canlı 385 milyon il əvvəl Şotlandiya sularında yaşayıb.

"Mikrobrakiüs Dick" adlı vəhşi balıq 8 santimetr uzunluqda olub. Digər balıqlardan fərqli olaraq onun "cinsi əzalarının olduğu" bildirilib.

Araşdırmanı icra edən Avstraliya Flinders Universitetindən Professor John Long işin detallarını BBC-yə izah edib.

Prof. Long apardığı araşdırma nəticəsində erkek balığın üzərində cinsi orqan aşkar etdiklərini bildirib.

Balıqda ayrıca sümüklü borucuqlara da rast gəldiklərini deyən Prof. Long "Bu borucuqlarla dişi balığa spermaların keçməsinin təmin olunduğunu" bildirib.

Anatomik strukturları səbəbi ilə balıqların ehtimal ki, yan-yana dayanaraq cinsi əlaqəyə girdiyi təxmin edilib.

Mediainfo.az