Məşhur idmançılar döyüşlərdə iştirak edirlər
Ermənistan-Azərbaycan münaqişəsi lokal qarşıdurmadan böyük müharibəyə çevrilir. Hər iki tərəfdən qurbanların sayı artır, itkiləri isə ehtiyatda olanlar hesabına doldurmaq lazım gəlir. Hər iki xalqın adlı-sanlı idmançılarının çoxu könüllü olaraq orduya üz tutub.
Oxuməni.az-ın zen.yandex.ru-ya istinadən verdiyi xəbərə görə, Ermənistanın pauerliftinq üzrə dəfələrlə respublika rekordçusu olmuş Tatul Arutyunyan döyüşlərdə həlak olub.
Tatul Arutyunyan əlinə silah götürən yeganə məşhur idmançı deyil. Daha öncə Azərbaycan MMA döyüşçüsü və Yaponiyanın Rizin Liqasının çempionu Tofiq Musayev könüllü şəkildə orduya gedib.
Digər məşhur Azərbaycan idmançısı Əfqan Xaşalov da könüllü şəkildə döyüşlərdə iştirak edir. O, sərbəst güləş üzrə ölkə yığma komandasının üzvü, dünya çempionatının mükafatçısıdır.
Sərbəst güləş üzrə Avropa çempionu Arsen Arutyunyan da cəbhədə döyüşür.
Emin Axund