Yunanıstandan işğalçı Ermənistana daha bir çirkin dəstək
Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi işğal və təxribatlara dünya ölkələrinin sərt reaksiyalar verdiyi bir dönəmdə Yunanıstan işğalçı Ermənistana dəstəyini çox çirkin şəkildə ifadə edib.
Oxuməni.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Kubokunun ikinci turu çərçivəsində Türkiyənin “Antalyaspor”u ilə Yunanıstanın “Diomidis Arqous” klubunun üz-üzə gələcəyi oyunda azərbaycanlı idmançı türk klubunun şərəfini qoruya bilməyəcək. Buna səbəb Afinanın 35 yaşlı həndbolçumuz Oleq Georgiyevskiyə viza verməməsidir. Afina azərbaycanlı oyunçuya hansı səbəblə viza vermədiyinə aydınlıq gətirməyib. Qeyd edək ki, iki klub arasındakı oyun 14-15 noyabr tarixlərində gerçəkləşəcək.
Oxuməni.az
Digər xəbərlər