Cavid Hüseynovun atası döyüşdə şəhid olub

Cavid Hüseynovun atası döyüşdə şəhid olub

7 Avqust 2015 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verildiyi kimi, "Qəbələ" III təsnifat mərhələsi çərçivəsində "Apollon"a qalib gələrək play-off mərhələsinə vəsiqə qazanıb.

80-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən komandanın kapitanı Cavid Hüseynovla bağlı bəzi məlumatları təqdim edirik:

Cavid Hüseynov şəhid Şakir Abbasovun oğludur. Futbolçunun atası Şakir Hüseyn oğlu Abbasov 1993-cü ildə Qarabağ döyüşləri zamanı 896 saylı Cəbrayıl alayında batalyon komandiri olub. Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Mediainfo.az