Erməni müxalifəti iqtidarla bazar sövdələşməsi aparır

Erməni müxalifəti iqtidarla bazar sövdələşməsi aparır

20 İyul 2011 16:38
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistanda siyasi maraqlar və xalqın mənafeyi hərraca qoyulub

Ermənistan cəmiyyəti parçalanmaq üzrədir. Ölkədə kök salan korrupsiya, inhisarçılıq, sosial-iqtisadi böhran, antidemokratik şərait vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Artıq iqtidar xalq arasında nüfuzunu itirməkdədir. Etiraz dalğaları yüksəldikcə Ermənistan rəhbərləri qorxuya düşməyə başlayıblar. Odur ki, Serj Sarkisyanın tapşırığı ilə iqtidar-müxalifət arasında dialoqa start verilib. Təbii ki, buna dialoq demək mümkünsə. Çünki hamıya məlumdur ki, Serj Sarkisyan rəhbərliyi növbəti seçkilərə qədər vaxt qazanmağa çalışır. Ana müxalifətin rəhbəri Levon Ter-Petrosyan isə cəmiyyətə iqtidarın ondan qorxduğunu göstərmək istəyir. Bu siyasi manevrlərin fonunda Yerevanın "Erebuni" hotelində müxalifət-iqtidar danışıqlarının ilk mərhələsi nəhayət ki, baş tutdu. Qəribədir ki, erməni mətbuatı bu görüşü "Şərq bazarı" adlandırır və tərəfləri şərtləri pula satmaqda ittiham edir. Belə çıxır ki, Ermənistanda hər bir şey alınır və satılır, hətta siyasi maraqlar və xalqın mənafeyi də.

Erməni ziyalılarının və analitiklərinin fikrincə, bu ölkədə hər şey alınıb satılır. Deməli vicdan da, namus da, qeyrət də hərraca qoyulub.

Murad Şahməmmədov

O.M.