Ermənistanda qiyamçıları zərərsizləşdirmək üçün hərbi texnika yeridilib - YENİLƏNİB-2 - VİDEO
"Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına hərbi texnika yeridilib.
apa-nın "Sputnik Armeniya"-ya istinadən verdiyi məlumata görə, binanın həyətinə iki zirehli maşın daxil olub.
Daha sonra polis yenidən yolu bağlayıb. Polis hər hansı açıqlama verməyib.
****
14.02
"Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.
apa-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib.
Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir.
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.
Mediainfo.az