İlham Əliyev ABŞ diplomatı Bill Şusterini qəbul edib
Prezident İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin tərkibinə Nyu-Cersi
ştatından respublikaçı, Silahlı Qüvvələr, Təbii Ehtiyatlar və Veteranlar
məsələləri üzrə komitələrin üzvü Con Runian, İllinoys ştatından respublikaçı,
Enerji və Ticarət komitələrinin üzvü Adam Kinzinger, Viskonsin ştatından
respublikaçı, Maliyyə Xidmətləri və İqtisadiyyat komitələrinin üzvü Şon Daffi,
Luiziana ştatından demokrat, Milli Təhlükəsizlik və Kiçik Biznes komitələrinin
üzvü Sedrik Riçmond, Konnektikut ştatından demokrat, Xarici Əlaqələr, Nəzarət
və Hökumət İslahatları komitələrinin üzvü Kristofer Mörfi daxildirlər.
Görüşdə Azərbaycan ilə ABŞ arasında
ikitərəfli münasibətlərin müxtəlif sahələri, energetika sahəsində həyata
keçirilən əməkdaşlıq və digər sahələrdə əlaqələrin bugünkü vəziyyəti və
perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanın
Əfqanıstandakı sülhməramlı missiyada iştirakı və beynəlxalq antiterror
əməliyyatlarının həyata keçirilməsi işinə verdiyi töhfə qeyd olunub.
Görüşdə, həmçinin regional məsələlərə də toxunulmuşdur...
Elvin Babayev
O.M.