"Yanukoviçi qanunla cəzalandırmaq lazımdır"

"Yanukoviçi qanunla cəzalandırmaq lazımdır"

3 Mart 2014 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın baş naziri Dmitri Medvedev özünün "Facebook" səhifəsində yazıb: "Ukraynada iqtidarın ələ keçirilməsi qanunsuzdur. Bütün bunlar yeni dövlət çevrilişinə və qan axmasına səbəb olacaq. Əgər Yanukoviç Ukrayna qarşısında günahkardırsa, konstitusiya ilə impiçment prosedurunu tətbiq edin, məhkəməyə çıxararaq mühakimə edin. Bundan başqa yol hüquqsuzluqdur. İqtidarın ələ keçirilməsi qeyri-qanunidir. Bütün bunlar yeni bir dövlət çevrilişi ilə nəticələnəcək. Yenidən qan axacaq".

Rusiya baş naziri qonşu Ukrayna ilə münasibətləri qarşılıqlı fayda çərçivəsində inkişaf etdirmək istədiklərini, lakin Maydanda qardaş qanı axıdanlarla, kontitusiya və qanunları pozaraq iqtidarı ələ keçirənlərlə əməkdaşlıq etməyəcəklərini bildirib: "Ukraynada ukraynalılardan başqa ruslar, tatarlar, yəhudilər və digər xalqların nümayəndələri yaşayır. Rusiyanın güclü, sabit və iqtisadi olaraq zəngin bir Ukraynaya ehtiyacı var".

Mediainfo.az