Rusiyanın ABŞ-dakı səfiri geri çağırıla bilər

Rusiyanın ABŞ-dakı səfiri geri çağırıla bilər

3 Mart 2014 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi ölkənin ABŞ-dakı səfirinin geri çağırılması xahişi ilə bağlı prezident Vladimir Putinə müraciət qəbul edib.

Apa-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, komitənin rəhbəri Vladimir Cabarov bildirib ki, məsələ ilə bağlı yekun qərarı ölkə başçısı siyasi durumdan asılı olaraq verəcək . Sənədi artıq Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko imzalayıb.

Qeyd edək ki, belə bir müraciətin qəbulu təşəbbüsü ilə senator Yuri Vorobyev çıxış edib. O ötən şənbə günü keçirilən iclasda bəyan edib ki, ABŞ prezidenti Barak Obama Ukraynadakı duruma dair bəyanatları ilə Rusiya xalqını təhqir edib.