8 amerikalı senator Ukraynaya dəstək üçün Kiyevə gedir

8 amerikalı senator Ukraynaya dəstək üçün Kiyevə gedir

13 Mart 2014 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Nüfuzlu respublikaçı senator Con Makkeynin başçılığı ilə 8 senatordan ibarət ABŞ nümayəndə heyəti Ukraynaya səfər edəcək. UNİAN agentliyinin verdiyi məlumata görə, səfərdə məqsəd Rusiya ilə münaqişədə Ukraynaya dəstək nümayiş etdirməkdir. Nümayəndə heyətində 5 respublikaçı və 3 demokrat senator var. Onlar bu axşam Vaşinqtondan Kiyevə uçacaqlar.

Qeyd edək ki, C. Makkeyn Rusiyanın imperialist siyasətinin ən sərt tənqidçisi kimi tanınır. O, Maydan hərəkatı zamanı da Kiyevə səfər etmişdi.