"Yeni Müsavat”ın siyasi şərhçisi Azər Rəşidoğlu istintaqa çağırılıb
"Yeni Müsavat"ın siyasi şərhçisi Azər Rəşidoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb. Jurnalistə idarənin müstəntiqi Taleh Osmanov zəng edib. Deyib ki, "Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun işi üzrə şahid qismində ifadə vermək üçün saat 3-də idarəyə dəvət olunur.
Qeyd edək ki, aprelin 30-da politoloq Zəfər Quliyev Türkiyədə həbs edilərək, Azərbaycana gətirilən jurnailst Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsində 3 saata yaxın dindirilib. R.Mirqədirova Cinayət Məcəlləsinin 214-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub. Jurnalist ittihamı qəbul etmir.
Onu da qeyd edək ki, ötən həftə Azər Rəşidoğlu Mirqədirova qarşı ittihamların absurd olduğu barədə yazı yazmışdı./musavat/
Mediainfo.az