Krımda Ukrayna pulu dövriyyədən çıxarıldı

Krımda Ukrayna pulu dövriyyədən çıxarıldı

27 May 2014 18:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu həftədən Rusiya işğal etdiyi Krım vilayətində Ukrayna pulunun (qrivna) işlədilməsinə son qoyur.

Rusiya prezidenti Vladimir Putin mayın 27-də Krımda və Sevastopol şəhərində qrivnanın dövriyyəsi və qanunverici orqanlara seçkilərlə bağlı yeni qanun imzalayıb.

Qanuna əsasən, bu il iyunun 1-dən Krımda və Sevastopolda Ukrayna pulunun (qrivna) dövriyyəsi dayandırılır. İndiyədək Rusiya Krımda və Sevastopolda qrivnanın 2016-cı il yanvarın 1-dək dövriyyədə olacağını bəyan edirdi.

Putin imzaladığı yeni qanunla Krımda və Sevastopol şəhərində qanunverici orqanlara seçkilərin vaxtını da dəyişib, bu seçkiləri 2015-ci il sentyabrın 14-dən 2014-cü il sentyabrın 14-nə çəkib.

2014-cü ilin fevralında Ukraynada Qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsindən narazı qalan Rusiya hakimiyyəti Krım Muxtar Vilayətini və Sevastopol şəhərini işğal edərək özünə birləşdirib.

Mediainfo.az