Finlandiyada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək
ATƏT-in Minsk qrupu həmsədrləri bu gün Finlandiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaqlar.
Apa-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Tvitter" səhifəsində yazıb.
"Finlandiya ATƏT-in Minsk qrupu üzvüdür və biz müzakirələr üçün üçün Helsinkiyə gedirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq", - deyə o vurğulayıb.
Mediainfo.az
Digər xəbərlər