Müdafiə naziri  Küveyt səfirini qəbul edib

Müdafiə naziri Küveyt səfirini qəbul edib

21 Avqust 2015 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.

Apa-nın Müdafiə Nazirliyinin saytına istinadən veridiyi xəbərə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Küveytin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mediainfo.az