İŞİD Türkiyə sərhədində 5 kəndi işğal edib

İŞİD Türkiyə sərhədində 5 kəndi işğal edib

27 Avqust 2015 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terrorçuları Suriyanın Türkiyə ilə sərhəddə yerləşən 5 kəndini ələ keçiriblər.

Apa-nın İhlas Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan Haqlarını Müdafiə Təşkilatı məlumat yayıb. Kəndlərdən 3-ün Türkiyə sərhədinin 20 km cənubundakı Marea qəsəbəsi civarında, 2-nin isə daha şimaldakı Hələb şəhəri ilə sərhədə yerləşdiyi bildirilir.

Koalisiya qüvvələri isə İŞİD-in bölgədəki mövqelərinə aviazərbələr endirməkdə davam edir.

Bu arada İŞİD-in İraqn ən böyük əyaləti olan Ənbarda gerçəkləşdirdiyi kamikadze hücumu nəticəsində İraqn 2 generalı həlak olub.

Mediainfo.az