Lavrov Azərbaycana gələcək

Lavrov Azərbaycana gələcək

28 Avqust 2015 18:23
Bəyəndim (0) Bəyənmədim (0)

Səfər zamanı ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə olunacaq

Sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H. Hacıyev bildirib ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.

Mediainfo.az