Baş nazir: “Azərbaycan prezidentinin Gürcüstana səfərinin detalları dəqiqləşdirilir”
Prezident İlham Əliyevin Gürcüstana səfərinə hazırlıq gedir.
Bu barədə Apa-nın Gürcüstan bürosuna Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib. Baş nazir hazırda səfərin detallarının dəqiqləşdirildiyini deyib.
Qeyd edək ki, baş nazir daha əvvəl verdiyi açıqlamada Azərbaycan prezidentinin yaxın gələcəkdə Gürcüstana səfər edəcəyini bildirib. O, bununla bağlı prezident İlham Əliyevlə Davosta keçirilən görüşdə razılığa gəlindiyi qeyd edib.
Azərbaycan prezidentinin Gürcüstana səfərinin tarixi hələlik məlum deyil.
Mediainfo.az
Digər xəbərlər