Rusiya XİN başçısı : “Qələbə əldə olunanadək Suriyada əməliyyatlar dayandırılmayacaq”
"Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatları bu ölkədə terrorçu təşkilatlar üzərində qələbə əldə olunanadək dayandırılmayacaq".
Apa-nın Moskva müxbirinin məlumatına görə, belə bəyanatla Rusiya xarici işlər naziri S.Lavrov çıxış edib. O bildirib ki, terrorçu təşkilatlar İŞİD, "Ən Nüsra" və digərləri üzərində real qələbə qazananadək aviazərbələr dayandırılmayacaq: "Hazırda aviazərbələrin dayandırılması üçün əsas görmürəm".
Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələri 2015-ci il sentyabrın 30-dan Suriyada havadan hərbi əməliyyatlara başlayıb.
Mediainfo.az
Digər xəbərlər