Putin müşavirini istefaya göndərdi

Putin müşavirini istefaya göndərdi

30 Mart 2016 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin məsləhətçisi Anton Ustinovu istefaya göndərib.

Bu barədə informasiya Kremlin rəsmi saytında yer alıb.

Qeyd edək ki, Ustinov 2012-ci ildən bu vəzifəni icra edir. O, energetika məsələləri üzrə əsas cavabdeh şəxs hesab edilirdi. Rusiya mətbuatı Ustinovun "Rosneft" rəhbəri İqor Seçinovun komandasında yer aldığını bildirib. Seçinov hazırda Rusiya hökuməti daxilindəki əsas qruplaşmalardan birinin rəhbəri hesab edilir.

Mətbuat Anton Ustinovun yaxın vaxtlarda Rusiyanın ən nəhəng sığorta şirkətlərindən biri olan SOQAZ-ın rəhbəri təyin olunacağı bildirib.

Mediainfo.az