Sergey Lebedev: “Cənubi Qafqazda sülh və rifahın olmasını ürəkdən istəyirik”
"MDB ölkələri Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə tənzimlənməsinə və regionda hərbi əməliyyatların bərpasının qarşısını almağa tərəfdardır".
Apa-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Serqey Lebedev deyib. O bildirib ki, Dağlıq Qarabağda vəziyyət, Ermənistan-Azərbaycan münasibətləri birliyin bütün üzv dövlətlərini narahat edir.
S. Lebedev qeyd edib ki, MDBDağlıq Qarabağ regionunda gərginliyin aradan qaldırılması və iki qonşu dövlət - Ermənistan və Azərbaycan arasında kompromisin əldə olunacağına ümid edir: "Ümidvarıq ki, bu istəklər nəzərə alınacaq, MDB və Minsk Qrupu ölkələrinin kollektiv səyləri pozitiv həllə gətirib çıxaracaq. Cənubi Qafqazda sülh və rifahın olmasını ürəkdən istəyirik"..
Mediainfo.az































































































