Merkellə prezidenti fitə basdılar

Merkellə prezidenti fitə basdılar

3 Oktyabr 2016 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya kansleri Angela Merkel və prezident Yoahim Qauk Drezdendə etirazla qarşılanıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Drezdendə Pegida antiislam hərəkatının yüzlərlə nümayişçisi hər iki lideri antihökumət şüarları ilə qarşılayıb.

Nümayişçilər siyasətçiləri satqınlıqda ittiham ediblər və Merkeldən postunu tərk etməsini tələb ediblər.

Mediainfo.az