Türkiyədə 195 zabit ordu sıralarından xaric edilib

Türkiyədə 195 zabit ordu sıralarından xaric edilib

28 Oktyabr 2016 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrindən daha 195 hərbçi kənarlaşdırılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar Türkiyə Müdafiə Nazirliyinin qərarı əsasında Fətullahçı Terror Təşkilatına qarşı aparılan istintaq çərçivəsində ordu sıralarından xaric ediliblər.

Məlumata görə, həmin hərbçilər Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri komandanlıqlarında təmsil olunublar.

Bununla da Türkiyə Silahlı Qüvvələrindən xaric edilən şəxsi heyət üzvlərinin sayı 4 134 nəfərə çatıb.

Mediainfo.az