Prezident İlham Əliyevin Türkmənistana səfəri gözlənilir

Prezident İlham Əliyevin Türkmənistana səfəri gözlənilir

1 Fevral 2018 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır.

Mediainfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.

Qeyd olunur ki, ötən ilin avqustunda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edib və nümayəndə heyəti Türkmənistanda olarkən həmin səfər zamanı əldə edilmiş razılaşmaların praktik olaraq həyata keçirilməsi müzakirə olunub.