Gənclər Fondunun dəstəyi ilə 787 tədbir həyata keçirilib
Bu gün Bakı Konqres Mərkəzində 2 fevral - Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Fondun Müşahidə Şurasının üzvləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru F.Hacıyev bildirib ki, dünyada Gənclər Gününün qeyd olunduğu çox az ölkə var, onlardan biri də Azərbaycandır.
O qeyd edib ki, Gənclər Fondu yaranandan indiyə kimi Fonda gənclər və gənclər təşkilatları tərəfindən təqdim edilmiş 3909 layihə dəstəklənib və uğurlu nəticələr əldə olunub.
































































































