Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verib

15 Fevral 2018 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident!

Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, hadisə nəticəsində 17 nəfər həlak olub, 14 nəfər yaralanıb.Azadinform