Kanada hökuməti 4 rus diplomatı ölkədən çıxardı

Kanada hökuməti 4 rus diplomatı ölkədən çıxardı

6 Aprel 2018 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadada hökümətin qərarı ilə 4 rus diplomatı ölkədən çıxarılıb.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, person non-qrata elan edilən diplomatlar bu gecə ölkəni tərk ediblər.

Rəsmi Moskva da analoji addımı ataraq Kanada diplomatlarını ölkədən çıxarır.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 27 ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.