Bu qələbə İlham Əliyevin siyasi nüfuzunu təsdiq edir
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti vəzifəsinə təkrar seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib.
Azadinform xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
V. Putin təbrikində qeyd edib ki, seçkilərdə inamlı qələbə İlham Əliyevin siyasi nüfuzunu təsdiq edir, Azərbaycanın qarşısında dayanan aktual sosial-iqtisadi və xarici siyasi məsələlərin həllində xidmətlərinin tanınmasını ifadə edir.
Rusiya Prezidenti İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üzrə səylərini yüksək qiymətləndirib və əminliyini ifadə edib ki, birgə səylərlə dövlətlər bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq fəaliyyətinin inkişafını təmin edəcək ki, bu da Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verir.
































































































