Rusiya, Türkiyə və İran XİN rəhbərləri görüşəcək

Rusiya, Türkiyə və İran XİN rəhbərləri görüşəcək

26 Aprel 2018 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri görüşəcək.

Azadinform xəbər verir ki, XİN rəhbərləri aprelin 28-də Moskvada bir araya gələcəklər. Təşkil olunan üçtərəfli görüş çərçivəsində Suriyada vəziyyətin nizamlanması istiqamətində müzakirələr aparılacaq.

Məlumata görə, görüş çərçivəsində Sergey Lavrov, Cavad Zərif və Mövlud Çavuşoğlu Astanada əldə olunmuş razılaşmaların reallaşdırılması mexanizmlərini hərtərəfli müzakirə edəcəklər.